İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi koronavirusa yoluxub.
Modern.az xəbər verir ki, bu barədə nazirlik rəsmi məlumat yayıb.
Qasemi koronavirusa yoluxduğu üçün iş otağında karantinə alınıb. O, bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının nəqliyyat nazirlərinin iclasına onlayn qoşulub.
Qeyd edək ki, Rüstəm Qasemi bu yaxınlarda Azərbaycanda səfərdə olmuşdu.