BMT Təhlükəsizlik Şurası (TŞ) Şimali Koreyanın (KXDR) yeni raket sınaqlarını müzakirə edəcək.
Modern.az xəbər verir ki, müzakirələr fevralın 4-də keçiriləcək.
ABŞ fevralın 3-də KXDR üzrə qapalı formatda görüşün keçirilməsini xahiş edib.
Qeyd edək ki, ilin başlamasından bu yana Şimali Koreya 7 dəfə raket sınaqdan keçirib.