Modern.az

Kipr sahillərində güclü zəlzələ

Kipr sahillərində güclü zəlzələ

3 Fevral 2022, 00:51

Kipr adasının sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Yeraltı təkanların episentri Limassol şəhərindən 114 kilometr qərbdə, ocağı isə 65 kilometr dərinlikdə yerləşib.

 

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

 

Türkiyə KİV-lərinin məlumatına əsasən, yeraltı təkanlar Antalya, Muğla, Adana, Mersin və Hatay şəhərlərində də hiss edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal