Modern.az

Türkiyədən 99 nəfər Ermənistana getdi

Türkiyədən 99 nəfər Ermənistana getdi

3 Fevral 2022, 10:06

Türkiyə və Ermənistan arasında əldə olunan razılaşmaya əsasən dünən İstanbuldan İrəvana ilk aviareys həyata keçirilib.


Modern.az xəbər verir ki, sərnişin təyyarəsi İstanbul Sabiha Gökçen Hava Limanından saat 23:35-də havaya qalxıb. 


Təxminən 2 saatlıq uçuşdan sonra "Pegasus" şirkətinə məxsus təyyarə paytaxt İrəvandakı "Zvartnots" beynəlxalq hava limanına enib.


Qeyd edək ki, Türkiyədən Ermənistana uçan ilk təyyarədə 99 sərnişin olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal