Ölkəsində ali təhsil və incəsənətin himayədarı kimi tanınan meksikalı milyarder mədən və pərakəndə ticarəti maqnatı Alberto Bayeres 90 yaşında vəfat edib.
Modern.az xarici KİV-ə istinadən xaəbər verir ki, bu barədə Meksikanın xarici işlər naziri Marselo Ebrard Tvitter hesabında yazıb.
O, mesajında "Tanınmış meksikalı iş adamı Alberto Bayeresin vəfatından təəssüflənirəm. Ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verirəm" qeyd edib.
Milyarderin ölüm səbəbi barədə məlumat açıqlanmayıb.
Forbes-in məlumatına görə, dünyanın aparıcı gümüş istehsalçısı olan Meksikanın mədən şirkəti Industrias Penoles-in qurucusu Alberto Bayeres 2022-ci ilin əvvəlinə 8,6 milyard dollar varidata sahibdir.
Alberto Bayeres yeddi uşağı olan Teresa Qual ilə evli idi.
Carlos Slim və Herman Larrea kimi meksikalılarla birlikdə uzun müddətdir Forbes milyarderləri siyahısında olan Bayeres sərvətini müxtəlif sənaye sahələrində qazanıb və ölkənin ən nüfuzlu universitetlərindən birinin əsas sponsoru olub.