Perunun Naska şəhərində turistləri daşıyan təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, turistləri daşıyan kiçiktutumlu təyyarə Perunun şimalındakı Naska şəhərində Mariya Reyşe hava limanı yaxınlığında qəzaya uğrayıb.
Qəzadan sonra hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib. Təyyarədə olan 7 nəfərin həyatını itirdiyi açıqlanıb.
Qeyd edək ki, təyyarədə bir pilot, bir köməkçi pilot və beş xarici turist olub. Turistlərin kimliyi və hansı ölkədən olduğu barədə məlumat verilməyib.