Modern.az

Avtomobil qaz xəttinə çırpılıb yandı

Avtomobil qaz xəttinə çırpılıb yandı

Dünya

5 Fevral 2022, 23:12

Sabirabadda qaz xəttinə çırpılan avtomobil yanıb.

 

Bu barədə Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

 

Belə ki, rayonun Şəhriyar kəndində "Nissan" markalı minik avtomobili yol kənarında qaz xəttinə çırpılıb. Nəticədə minik avtomobilinin yanar hissələri yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal