Modern.az

3 ölkənin XİN başçısı Kiyevə səfər edəcək

3 ölkənin XİN başçısı Kiyevə səfər edəcək

6 Fevral 2022, 19:59

Çexiya, Slovakiya və Avstriya xarici işlər nazirləri Yan Lipavskiy, İvan Korçok və Aleksander Şallenberq 7-8 fevral tarixlərində Kiyevə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Səfər Ukrayna xarici işlər naziri Dmitri Kulebanın dəvəti ilə baş tutacaq.

 

XİN başçıları vəziyyətlə tanış olmaq üçün Ukraynanın şərqinə, münaqişə regionuna da baş çəkəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal