Almaniya kansleri Olaf Şolz ölkəsinin Ukraynaya silah verməyəcəyini bildirib.
Modern.az xəbər verir ki, Şolz ABŞ səfərindən əvvəl ARD kanalına verdiyi müsahibədə Ukrayna böhranında müttəfiqlərlə dəqiq strategiyanı izlədiklərini bildirib.
Şolz ABŞ-Rusiya və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında aparılan danışıqların əhəmiyyətini qeyd edib.
"Biz böhran bölgələrinə silah vermirik və Ukraynaya hücum silahı vermirik. Mənim sələfim də belə edirdi. Bu, doğru idi və belə də qalacaq", - deyə o qeyd edib.
Şolz, həmçinin bildirib ki, alman xalqının əksəriyyəti bu məsələyə Almaniya hökuməti kimi yanaşır.
Akif İsmayılov