Modern.az

Ukrayna “Bayraktar” və raketləri işə salır

Ukrayna “Bayraktar” və raketləri işə salır

8 Fevral 2022, 08:22

10-20 fevral tarixlərində Ukrayna "Bayraktar" pilotsuz uçuş aparatlarından istifadə etməklə hərbi təlimlər keçirəcək.

 

Modern.az-ın məlumatına görə, bunu ölkənin müdafiə naziri Aleksey Reznikov deyib.

 

"Fevralın 10-dan 20-dək Ukrayna Silahlı Qüvvələrinin "Bayraktar" pilotsuz uçan aparatları, "Javelin" raket sistemləri və "NLAW" daşına bilən idarə olunan tank əleyhinə raketlərdən istifadə etməklə təlimləri keçiriləcək", - deyə nazir bildirib.

 

Onun sözlərinə görə, indi Ukrayna bir çox ölkədən "əvvəllər ancaq arzuladığı" silahlar alır.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal