Modern.az

Gürcüstanla enerji əməkdaşlığı müzakirə edildi

Gürcüstanla enerji əməkdaşlığı müzakirə edildi

Dünya

8 Fevral 2022, 18:08

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Romeo Mikautadze Azərbaycana işgüzar səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.


Nazir müavini R. Mikautadze səfər çərçivəsində "Azərenerji" ASC-nin prezidenti Baba Rzayevlə görüşüb. Tərəflər iki ölkə arasında enerji sahəsində əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər. Görüşdə Azərbaycanın enerji sahəsində Gürcüstanın strateji tərəfdaşı olduğu vurğulanıb.

 

Həmçinin, görüş zamanı mövcud elektrik transmissiyası infrastrukturunun inkişaf etdirilməsinin gündəlikdə olduğu diqqətə çatdırılıb. Tərəflər əlavə ötürücü xətlərin inşası istiqamətində davam edən birgə layihələri də müzakirə ediblər.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal