Modern.az

Blinken və Çavuşoğlu Cənubi Qafqazı müzakirə etdi

Blinken və Çavuşoğlu Cənubi Qafqazı müzakirə etdi

8 Fevral 2022, 19:22

ABŞ Dövlət katibi Entoni Blinken və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Tərəflər Rusiya-Ukrayna arasında olan gərginliyi müzakirə edib.

 

Bundan başqa, Blinken və Çavuşoğlu Cənubi Qafqazda baş verən son hadisələri və Ermənistanla davam edən normallaşma prosesi barədə fikir mübadiləsi aparıblar. Türkiyəli nazir Blinkeni martın 11-13-də keçiriləcək Antalya Diplomatiya Forumuna dəvət edib.

 

Telefon danışığı zamanı Blinken Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana şəfalar diləyib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal