Fransa iqtisadiyyatı sabitləşdirmək üçün Ukraynaya 1,2 milyard avro maliyyə yardımı ayıracaq.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Zelenski fransalı həmkarı Emmanuel Makronla görüşü zamanı bildirib.
“İqtisadi dəstək çox vacibdir və biz Fransanın güclü addımını – Ukraynaya 1,2 milyard avroluq makromaliyyə yardımının ayrılmasını həqiqətən yüksək qiymətləndiririk. Bu, həqiqətən də iqtisadiyyatımızı sabitləşdirməyə kömək edəcək”, – deyə Zelenski fransalı həmkarı ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında vurğulayıb.
O, bunun Fransa tərəfindən müstəqil şəkildə ayrılacağını, yoxsa əvvəllər elan edilmiş Aİ yardımı çərçivəsində edəcəyini dəqiqləşdirməyib.
Qeyd edək ki, Avropa Komissiyası yanvarın 24-də Ukraynaya əlavə pul ayrıldığını elan edib. Ukraynaya birinci hissədə 600 milyon avro vəd edilib.
Akif İsmayılov