Modern.az

Lavrov iranlı həmkarı ilə danışıqlar apardı

Lavrov iranlı həmkarı ilə danışıqlar apardı

8 Fevral 2022, 20:14

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefonla danışıqlar aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Tərəflər İran Prezidenti Rəisinin Moskvaya səfərinin nəticələri barədə fikir mübadiləsi aparıb. Nazirlər İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ətrafında vəziyyəti müzakirə ediblər və sözügedən planın tezliklə bərpa olunmasının lehinə çıxış ediblər.

 

Lavrov və Abdullahyan regional məsələlərə də toxunublar.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal