Modern.az

“Ukrayna NATO standartlarına cavab vermir” - İtaliyalı nazir

“Ukrayna NATO standartlarına cavab vermir” - İtaliyalı nazir

8 Fevral 2022, 21:17

"Ukrayna NATO standartlarına yaxınlaşdıracaq islahatlara hələ yaxınlaşmayıb".

 

Modern.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Luici Di Mayo deyib.

 

O qeyd edib ki, 2008-ci ildə Buxarest sammitində Kiyev və Tbilisinin üzvlüyünü nəzərdə tutan “açıq qapı” prinsipindən imtina etmək olmaz.

 

"Amma bunun Rusiya üçün “qırmızı xətt” olduğunu da bilirik”, - deyə nazir bildirib.

 

Ukraynanın NATO standartlarına keçidinin ləngidiyini söyləyən XİN başçısı Rusiyaya qarşı planlaşdırılan sanksiyaların ölkə iqtisadiyyatına mümkün mənfi təsirlərindən narahatlığını ifadə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal