Ukrayna Böyük Britaniyadan gəmi əleyhinə raketlər alacaq.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Londondakı səfiri Vadim Pristayko məlumat verib.
Səfir bildirib ki, onların köməyi ilə Ukrayna Hərbi Dəniz Qüvvələri Qara və Azov dənizlərində Rusiyaya qarşı mübarizə aparacaq.
O, Ukraynanın “Novoye Vremya” radiosuna müsahibəsində qeyd edib ki, iki ölkə arasında imzalanmış müqaviləyə əsasən, Böyük Britaniya Ukraynaya 1,7 milyard funt sterlinq (2,3 milyard dollar) dəyərində silah və digər hərbi yardımlar verməlidir.
Akif İsmayılov