Ukraynada koronavirusa qarşı peyvənd olunan 60 yaşdan yuxarı bütün vətəndaşlara pulsuz smartfon veriləcək.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O, həmçinin pensiyaçılara güzəştli tariflər vəd edib:
“İki il əvvəl biz yaşlı insanlar üçün rəqəmsal savadlılıq kursları başlatdıq, yazda isə yeni geniş dövlət proqramına start verəcəyik. Peyvənd olunan 60 yaşdan yuxarı bütün ukraynalılar arzu etdikləri halda pulsuz keyfiyyətli, müasir smartfon və güzəştli tarif alacaqlar”, - deyə Zelenski vurğulayıb.