Modern.az

İtaliyada maska rejimi ləğv olunur

İtaliyada maska rejimi ləğv olunur

9 Fevral 2022, 00:54

İtaliyada fevralın 11-dən kütləvi tədbirlər istisna olmaqla, açıq havada məcburi maska rejimi ləğv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Corriere Della Sera" nəşri yazıb.

 

Müvafiq əmri səhiyyə naziri Roberto Speranza imzalayıb.

 

Martın 31-də koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyət rejimi başa çatır. İtaliyanın "La Repubblica" qəzetinin məlumatına görə, bu tarixə qədər idman stadionlarına 100% tamaşaçıların gəlməsinə icazə verilə bilər.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal