Modern.az

Sedat Pekerin gündəmə gətirdiyi biznesmen güllələndi

Sedat Pekerin gündəmə gətirdiyi biznesmen güllələndi

9 Fevral 2022, 00:22

Türkiyəli iş adamı, mütəşəkkil cinayətkar təşkilat qurmaqda ittiham edilən Sedat Pekerin videolarında adını hallandırdığı kiprli biznesmen Halil Falyalı qətlə yetirilib.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hücum zamanı Falyalının sürücüsü də həlak olub.

 

Peker Kiprdə narkotik ticarətinə Falyalının nəzarət etdiyini deyirdi.

 

Kipr mətbuatında yer alan xəbərlərə görə, Girnənin Çatalköy bölgəsində Falyalının olduğu avtomobil silahlı hücuma məruz qalıb. Belə ki, Halil Falyalının oteldən evinə getmək üçün istifadə etdiyi avtomobilə pusqu quran naməlum şəxs və ya şəxslər avtomatdan atəş açıblar. Nəticədə o və sürücüsü hadisə yerində ölüb.

 

Qeyd edək ki, Şimali Kiprdə yaşayan iş adamı Halil Falyalı bir ay əvvəl həbsdən çıxmışdı. Onun Şimali Kiprdə qumarxana və narkotik trafikinə nəzarət etdiyi bildirilirdi.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal