Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşəcək.
Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, görüş fevralın 15-də baş tutacaq.
“Görüşdə ATƏT məkanındakı münaqişələr, Ukraynanın cənub-şərqindəki böhran, Dnestryanı münaqişənin nizamlanması müzakirə olunacaq”, - XİN rəsmisi vurğulayıb.
Bundan əlavə, Zaxarova Lavrovun ATƏT sədrilə Qarabağdakı vəziyyəti də müzakirə edəcəyini diqqətə çatdırıb.