Modern.az

Britaniyanın XİN başçısı Moskvaya gəldi

Britaniyanın XİN başçısı Moskvaya gəldi

9 Fevral 2022, 19:15

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Rusiyaya rəsmi səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Rusiyadakı səfirliyindən bildirilib.

 

Trass Ukrayna ətrafında vəziyyəti müzakirə etmək üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

 

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, fevralın 10-da Moskvada keçiriləcək danışıqlarda tərəflər Avropada uzunmüddətli təhlükəsizlik təminatlarının hazırlanmasını müzakirə edəcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal