Gürcüstanın Qori rayonunun Ortaşeni kəndində mərkəzi avtomobil yolunun yaxınlığında kişi meyiti aşkarlanıb.
Modern.az yerli KİV-lərə istinadən xəbər verir ki, meyitin Gürcüstan Müdafiə Nazirliyinin zabitinə məxsus olduğu bildirilib.
45 yaşlı şəxsin hansı şəraitdə öldüyü barədə məlumat verilməyib.
İlkin olaraq onun yol qəzası nəticəsində öldüyü ehtimal edilir.