Modern.az

Şahzadə Çarlz ikinci dəfə yoluxdu

Şahzadə Çarlz ikinci dəfə yoluxdu

Dünya

10 Fevral 2022, 19:20

Britaniya taxtının varisi, Uels şahzadəsi Çarlz ikinci dəfə koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki, bu barədə Klaren Haus rəsmi hesabında məlumat yayıb.

 

Bildirilib ki, şahzadə hazırda özünü təcrid edib.

 

Qeyd edək ki, şahzadə koronavirusa ilk dəfə pandemiyanın əvvəlində - 2020-ci ilin mart ayında yoluxub.

 

Şahzadə Çarlz Böyük Britaniya kraliçasının böyük oğludur. Onun atası Şahzadə Filip 2021-ci ilin aprelində 99 yaşında vəfat edib. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal