Rusiyanın Kamçatka yarımadasının Koryaki kəndində An-2 təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
Modern.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Kamçatka diyarının qubernatoru Vladimir Solodov bildirib.
"İlkin məlumata əsasən, qəza nəticəsində iki heyət üzvü həlak olub. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - qubernator deyib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsindən isə bildirilib ki, qəza nəticəsində heyət üzvlərindən biri ölüb, digərinin yeri müəyyənləşdirilir.