Modern.az

Daha bir ölkə vətəndaşlarını Ukraynanı tərk etməyə ÇAĞIRDI

Daha bir ölkə vətəndaşlarını Ukraynanı tərk etməyə ÇAĞIRDI

Dünya

12 Fevral 2022, 10:19

Kanada Rusiya tərəfindən artan işğal təhlükəsini səbəb göstərərək, Ukraynadakı vətəndaşlarından dərhal ölkəni tərk etmələrini xahiş edib.


Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli açıqlama verib.

 

“Rusiyanın davam edən təhdidləri və 1 fevraldan bəri silahlı qarşıdurma riski səbəbindən kanadalıları Ukraynaya hər cür səyahətdən çəkinməyə çağırırıq. Biz, həmçinin, artıq Ukraynada olan kanadalılardan hələ ki imkan varkən ölkəni tərk etmələrini xahiş edirik. Bizim əsas prioritetimiz kanadalıların təhlükəsizliyidir”, - deyə nazir kanadalılara müraciət edib.

 

Turqay Musayev

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal