Modern.az

Kiyevdə fövqəladə vəziyyət hazırlığı

Kiyevdə fövqəladə vəziyyət hazırlığı

Dünya

12 Fevral 2022, 13:28

Ukraynanın paytaxtı Kiyev şəhərində fövqəladə vəziyyət tətbiq edilə bilər.

 

Modern.az-ın məlumatına görə, Kiyevin meri Vitaliy Kliçko paytaxtda fövqəladə vəziyyət rejiminə hazırlıqların başladığını deyib.

 

Onun sözlərinə görə, şəhərin kritik və sosial infrastruktur obyektləri fövqəladə vəziyyət şərtlərində çalışmağa hazırlanır. Hazırlıqlar mümkün təxribatların qarşısını almağa və ya aradan qaldırmağa, eləcə də hərbi hücum şərtlərində tab gətirməyə yönəlib.

 

Mer, həmçinin qeyd edib ki, şəhərdə yanacaq ehtiyatları yaradılıb və elektrik generatorları quraşdırılıb. Həmçinin, paytaxtda təxliyə üçün xüsusi komissiyalar yaradılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal