Modern.az

Rusiya çıxış yolunu danışıqlarda görür - LAVROV

Rusiya çıxış yolunu danışıqlarda görür - LAVROV

Dünya

14 Fevral 2022, 17:12

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə yaşanan gərginliklə bağlı mühüm açıqlamalar verib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Lavrov müharibə tərəfdarı olmadıqlarını bəyan edib:

 

“Biz irəliyə doğru yolu danışıqlar vasitəsilə görürük”.

 

Lavrov açıqlamasında "Aİ və NATO ilə daimi danışıqlar mümkün deyil, lakin hər zaman razılaşma şansı var, tövsiyələrimiz bütövlükdə nəzərə alınmalıdır", - deyə bildirib.

 

ABŞ-ın hərbi riski azaltmaq üçün təkliflər verdiyini, lakin Moskvanın təklifini nəzərə almadığını qeyd edən Rusiya xarici işlər naziri Putinin bütün Qərb ölkələrinə lazımi cavab verəcəyini söyləyib.

 

Turqay Musayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal