BMT-in baş katibi Antoniu Quttereş Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlar aparıb.
Modern.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. Lakin o, bugünkü danışıqların detallarını açıqlamayıb.
Stefan Düjarrik qeyd edib ki, Quterreş bu gün Ukrayna ilə bağlı geniş açıqlama verəcək.