Modern.az

Baş nazir bütün ölkələri Rusiya ilə dialoqa ÇAĞIRDI

Baş nazir bütün ölkələri Rusiya ilə dialoqa ÇAĞIRDI

Dünya

14 Fevral 2022, 22:32

Böyük Britaniyanın Baş naziri Boris Conson bütün ölkələri Ukraynada münaqişənin qarşısını almaq üçün Rusiya ilə dialoqa çağırıb.

 

Modern.az xəbər veri ki, bu barədə Baş nazir "Twitter" hesabında yazıb.

 

“Biz uçurumun kənarındayıq, lakin prezident Putinin hələ də geri çəkilməyə vaxtı var. Biz hamını dialoqda iştirak etməyə və Rusiya hökumətini səhv etməməyə çağırırıq. Əks halda Rusiya üçün fəlakətli nəticələr olar” , - deyə Boris Conson vurğulayıb.

 

Qeyd edək ki, bu gün B.Conson Ukraynadakı vəziyyəti müzakirə etmək üçün ABŞ Prezidenti Co Baydenlə telefon əlaqəsi saxlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal