Hazırda dünyanın 116 ölkəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2022-ci ilin ortalarına qədər hər bir ölkədə əhalinin ən azı 70%-nin peyvənd edilməsi hədəfinə çata bilmir.
Modern.az xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
O qeyd edib ki, bəzi ölkələrdə əhalinin peyvəndə əlçatanlığının aşağı olması koronavirusun digər ştamlarının yayılmasına səbəb olur. Eyni zamanda Baş katib bəşəriyyətin bu il pandemiyanı nəzarət altına ala biləcəyini vurğulayıb.