ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Consonun mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Liderlər vurğulayıblar ki, Ukraynanın işğalı Rusiya üçün uzunmüddətli böhrana gətirib çıxaracaq, Rusiya və bütün dünya üçün ciddi fəsadlarla dolu olacaq.