Ukrayna iqtisadiyyatı Rusiyanın mümkün işğalı ilə bağlı informasiya kampaniyasından hər ay 2-3 milyard dollar itirir.
Modern.az xəbər verir ki, bunu Ukraynanın “Xalqın xidmətçisi” partiyasının parlament fraksiyasının rəhbəri David Arakhamiya deyib.
"İnsanlar başa düşməlidirlər ki, bu, ölkəyə hər ay 2-3 milyard dollara başa gəlir. Biz xarici bazarlardan borc ala bilmirik, çünki faizlər çoxdur. Biz hər gün iqtisadiyyatın itkilərini hesablayırıq. Vəziyyəti bir sıra Qərb ölkələrinin səfirliklərinin Kiyevdən Lvova köçürmək qərarı daha da gərginləşdirir. Onlar başa düşməlidirlər ki, kimsə səfirliyi Lvova köçürmək qərarına gələndə belə xəbərlər Ukrayna iqtisadiyyatına bir neçə yüz milyon dollara başa gələcək”, - deyə deputat şikayətlənib.
Qeyd edək ki, yanvarın sonunda Ukrayna Prezidenti Volodimr Zelenski informasiya məkanında “ehtimal edilən Rusiya işğalı” xəbərlərinin görünməyə başlamasından sonra ölkədən 12,5 milyard dollar çıxdığını bildirib.