Ukraynada təhlükəsizliklə bağlı səfirlik əməliyyatları müvəqqəti olaraq Kiyevdən Lvov şəhərinə köçürülüb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken açıqlayıb.
"Rusiya qüvvələrinin sayının sərhəddə artması səbəbindən səfirliyimizi müvəqqəti olaraq Kiyevdən Lvova köçürmək prosesindəyik”, - deyə Blinken bildirib.
Amerika səfirliyinin Ukraynanın qərbində yerləşən Lvov şəhərindən işini davam etdirəcəyini qeyd edən Blinken səfirliyin Ukrayna administrasiyası ilə təmasda diplomatik təşəbbüslərini davam etdirəcəyini bildirib.
Turqay Musayev