Modern.az

Ali Rada Rusiya ilə bağlı qətnamə qəbul etdi

Ali Rada Rusiya ilə bağlı qətnamə qəbul etdi

Dünya

15 Fevral 2022, 16:50

Ukrayna Ali Radası Donetsk və Luqanskdakı qondarma rejimlərin tanınmaması ilə bağlı BMT, Avropa Şurası, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası (AŞPA), ATƏT Parlament Assambleyası, NATO Parlament Assambleyası, həmçinin dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə çağırış edən qətnamə qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.

 

Bildirilib ki, parlamentin 331 deputatı sənədin lehinə səs verib.

 

Ali Radanın müraciətində Rusiyanın “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyinin tanınması ilə bağlı səyləri kəskin şəkildə qınanılıb. Ukrayna parlamenti beynəlxalq ictimaiyyəti Rusiyanın mümkün qərarını tanımamağa çağırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər