NATO Baş katibi Yens Stoltenberq Ukrayna və Gürcüstanın müdafiə nazirləri ilə görüşəcək.
Modern.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.
O bildirib ki, görüş Brüsseldə NATO müttəfiqlərinin müdafiə nazirlərinin görüşü çərçivəsində baş tutacaq.
Gürcüstan və Ukraynanın müdafiə nazirlərinin digər müdafiə nazirləri ilə də görüşmək imkanı olacaq.