Gürcüstan parlamentinin deputatları - “Leyboristlər” Partiyasının sədri Şalva Natelaşvili, “Droa” Partiyasının lideri Elene Xoştariya parlamentin işində sistematik olaraq iştirak etmədiklərinə görə mandatlarından məhrum edilib.
Modern.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə qərar parlamentin bu gün keçirilən plenar iclasında qəbul edilib.
“Gürcüstan üçün Lelo” Partiyasının lideri Badri Caparidzenin mandatı isə dələduzluqda ittiham edildiyi üçün ləğv olunub.
İclasda keçmiş spiker Kaxa Kuçavanın da deputat mandatı öz istəyi əsasında dayandırılıb.