Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 309 nəfər dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin yaydığı məlumatda COVID-19 infeksiyası ilə əlaqədar 461 min 955 nəfərin test edildiyi, 94 min 730 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 102 min 673 nəfərin isə bu xəstəlikdən sağaldığı qeyd olunub.