Modern.az

Kriminal avtoritet qətlə yetirildi

Kriminal avtoritet qətlə yetirildi

Dünya

15 Fevral 2022, 23:01

Ukraynada kriminal avtoritet qətlə yetirilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, cinayət aləmində “Suxoy İqor” kimi tanınan İqor Dutka Yaremçe kurort şəhərində güllələnərək öldürülüb. Hadisə stomatoloji klinikada baş verib.

 

Məlumata görə, naməlum şəxs stomatoloji mərkəzə daxil olaraq, İqor Dutkaya silahdan bir neçə dəfə atəş açıb və dərhal oradan uzaqlaşıb. “Suxoy İqor” yerindəcə keçinib.

 

Faktla bağlı cinayət işi açılıb. Polis qatillərin axtarışına başlayıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal