ABŞ Prezidenti Co Bayden fevralın 16-da Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı çıxış edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumatda bildirilib ki, prezident Rusiya və Ukrayna ilə bağlı aktual məlumatlar verəcək.
"O, ABŞ-ın yüksək səviyyəli diplomatiyaya açıq olduğunu və müttəfiqlərimizlə sıx koordinasiyada olduğunu təsdiq edəcək", - deyə Ağ Evin məlumatında qeyd olunub.