Modern.az

Makron Putini separatçı rejimləri tanımamağa çağırdı

Makron Putini separatçı rejimləri tanımamağa çağırdı

Dünya

15 Fevral 2022, 23:43

Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putini qondarma “Luqansk” və “Donetsk Xalq Respublikaları"nı tanımamağa çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.


Qeyd edək ki, bu gün Dövlət Duması separatçı DXR və LXP-nin tanınmasının zəruriliyi ilə bağlı Putinə ünvanlanan müraciətə səs verib.

 

Rusiya Prezidenti bu gün Moskvada Almaniya kansleri Olaf Şoltsla keçirdiyi mətbuat konfransında Dövlət Dumasının müraciətinə münasibət bildirərək, Donbass probleminin həlli üçün lazımi addımların atılacağını söyləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal