ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Millin mətbuat katibi məlumat yayıb.
Tərəflər Şərqi Avropada təhlükəsizliklə bağlı fikir mübadiləsi aparıblar. Danışıqların detalları açıqlanmayıb.