Belçika hökuməti gündəlik iş vaxtının artırılmasına və iş gününün həftədə 4-ə endirilməsinə imkan verən qanun layihəsini qəbul edib.
Modern.az xəbər verir ki, həftəlik iş gününün 4-ə endirilməsi təklifi oktyabrda liberal düşüncəli siyasətçilər və qanunvericilər tərəfindən irəli sürülüb.
Hökuməti formalaşdıran siyasi partiyalar arasında aparılan danışıqlar nəticəsində təklif bəzi dəyişikliklərlə qəbul edilib.
Belçika hökumətinin əmək islahatları çərçivəsində qəbul etdiyi qanun layihəsinə görə, işçilər gündə 9,5 saat işləmək istədikləri təqdirdə həftədə 4 gün işləyə biləcəklər. Beləliklə, həftədə 38 saatlıq iş vaxtı 4 günə tamamlanacaq.
Həmkarlar ittifaqları və işəgötürənlər arasında aparılan kollektiv danışıqlar nəticəsində gündəlik 9,5 saatlıq iş vaxtı 10 saata qədər artırıla bilər.