Modern.az

Türkmənistan prezidenti vəzifəsinə daha bir namizəd

Türkmənistan prezidenti vəzifəsinə daha bir namizəd

Dünya

16 Fevral 2022, 12:34

Türkmənistanın Aqrar Partiyası prezident seçkilərində iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə qərar partiyanın növbədənkənar qurultayında qəbul olunub.

 

Qərara əsasən, Aqrar Partiyası tərəfindən Marı vilayəti rəhbərinin müavini Ağacan Bəymıradovun prezidentliyə namizədliyi irəli sürülüb.

 

Xatırladaq ki, 2022-ci il fevralın 14-də Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatına başlandığını elan edib. İlk olaraq namizədliyi Türkmənistan Demokratik Partiyası tərəfindən irəli sürülən Nazirlər Kabineti sədrinin müavini Serdar Berdiməhəmmədov qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal