Modern.az

Afrikalılar da peyvənd olunacaq

Afrikalılar da peyvənd olunacaq

16 Fevral 2022, 17:20

Yeni növ koronavirusa (COVID-19) qarşı ilk peyvəndi hazırlayan Alman biotexnologiya şirkəti BioNTech, Afrikada mRNA əsaslı vaksinlərin istehsalı üçün daşıma qablarından hazırlanmış peyvənd fabriki hazırlayıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın Marburq şəhərində BioNTech şirkəti Ümumdünya Səhiyyə Təşkilatının prezidenti Tedros Adhanom Qebreyesus, Seneqal, Qana və Ruanda prezidentlərinin iştirakı ilə Afrikada mRNT əsaslı vaksinlərin istehsalı üçün lazımi avadanlıqla təchiz edilmiş “daşınma konteyner"lərini təqdim edib.

 

6 ədəd 40-lıq konteynerdən ibarət BionTainers ilin ikinci yarısında bölgəyə göndəriləcək. Afrikada işlərin 2022-ci ilin ortalarında başlaması planlaşdırılır.

 

Qeyd edək ki, bu tədqiqatlar əhalinin yalnız 11 faizinin peyvənd olunduğu Afrika üçün həyat xətti olacaq.

 

Turqay Musayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI