Modern.az

Rumıniyada NATO-nun döyüş qrupu yerləşdirilir

Rumıniyada NATO-nun döyüş qrupu yerləşdirilir

Dünya

16 Fevral 2022, 21:48

Bu gün Brüsseldə NATO-nun müdafiə nazirlərinin iclası baş tutub.

 

Modern.az xəbər verir ki, Alyansın Baş katibi Yens Stoltenberq iclasın birinci gününün yekunlarına dair mətbuat konfransı keçirib.

 

O bildirib ki, nazilər Rumıniyada yeni döyüş qrupu yerləşdirmək barədə qərar qəbul edib.

 

“Nazirlər şərq və cənub-şərq hissələrində, xüsusən Rumıniyada yeni döyüş qruplarının yerləşdirilməsi də daxil olmaqla, variantları nəzərdən keçirmək qərarına gəliblər. Fransanın bu qrupa rəhbərlik etmək təşəbbüsünü alqışlayıram”, - deyə Stoltenberq qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal