Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 271 nəfər dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin bu gün yayımladığı statistikada COVID-19 infeksiyası ilə əlaqədar 463 min 241 nəfərin test edildiyi, 94 min 176 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 104 min 409 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.