Veteran investor Çarli Munger deyib ki, nüvə müharibəsindən sonra Amerika üçün ən böyük təhlükə inflyasiya olub.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl heç vaxt bu sahəyə investisiya yatırmadığını bildirən investor kriptovalyutaya qadağa qoyulmasını istəyib.
Munger Çinlilərin kriptovalyutalara qadağa qoymasını təqdir edib. O, həmçinin, kriptovalyutaların inkişafının sivilizasiyanın xeyrinə olmadığını bildirib.
FED-in rəqəmsal valyuta buraxma planı ilə bağlı Munger, “Fed pul çıxarmaq istəyirsə, edə bilər. Artıq rəqəmsal pulumuz var, ona bank hesabı deyilir. Bütün banklar FED-in sistemi ilə inteqrasiya olunub”, - deyə qeyd edib.
İnflyasiyanın ciddi təhlükə yaratdığını vurğulayan Munger, tarixən çox pul çap etməyin böyük çətinliklərə səbəb olduğunu vurğulayıb.
Turqay Musayev