Modern.az

Rusiya ABŞ-ın təkliflərinə cavab VERDİ

Rusiya ABŞ-ın təkliflərinə cavab VERDİ

17 Fevral 2022, 18:15

Rusiya Xarici İşlər Nazirliyi təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ-ın təkliflərinə cavab verib.

 

Modern.az xəbər verir ki, XİN saytında 11 səhifəlik sənədi dərc edib.

 

Yazılı cavab ABŞ-ın Rusiyadakı səfiri Con Sullivana təqdim olunub.

 

Sənəddə qeyd edilir ki, ABŞ Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı hazırladığı müqavilə layihəsinin əsas tələblərinə konstruktiv cavab verməyib. 

 

Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı Rusiya tərəfi bəyan edib ki, Kiyev NATO-ya qəbul olunarsa, ABŞ və müttəfiqlərini Rusiya ilə silahlı münaqişəyə cəlb edərək Krımı güc yolu ilə geri qaytarmağa cəhd edə bilər.

 

Sənəddə o da qeyd olunub ki, Moskva Mərkəzi-Şərqi və Cənub-Şərqi Avropa və Baltikyanı ölkələrdə yerləşdirilən bütün ABŞ silahlı qüvvələrinin və silahlarının çıxarılmasında israrlıdır.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal