“Rusiyanın Ukrayna ərazilərini işğal etmək təhlükəsi olduqca yüksəkdir”.
Modern.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
O bildirib ki, hər şey Rusiyanın yaxın günlərdə Ukraynaya girməyə hazırlaşdığını göstərir.
Bundan əlavə, Bayden böhranın diplomatik yolla nizamlanması imkanlarının qaldığını qeyd edib.