Yunanıstanın xarici işlər naziri Nikos Dendias Rusiyaya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, səfər fevralın 18-də baş tutacaq.
O, Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Tərəflər Avropada təhlükəsizlik məsələsini və qarşılıqlı əməkdaşlığı müzakirə edəcəklər.